Belarus nümayəndələri Analitik Ekspertiza Mərkəzinin fəaliyyəti ilə tanış oldular

Belarus nümayəndələri Analitik Ekspertiza Mərkəzinin fəaliyyəti ilə tanış oldular

Belarus Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndə heyəti tanışlıq məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində (AEM) olub.
Mərkəzdən verilən məlumata görə, Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç, səfirliyin baş məsləhətçisi Tatyana Zubritskaya və səfirliyin birinci katibi Veronika Lisitskayadan ibarət nümayəndə heyəti AEM-in direktor müavini Rafiq Xudayev və Mərkəzin şöbə müdirləri ilə görüşüb. Görüşdə Belaruslu qonaqlara Azərbaycanın dərman tənzimləyici qurumu olan AEM-in fəaliyyəti barədə müvafiq məlumatlar verilib. Görüşün əsas məqsədi Belarus tərəfini Azərbaycanda dərman vasitələrinin qeydiyyatı və yenidən qeydiyyatı prosedurları, tənzimləyici çərçivə və dərman məhsullarının ekspertizasının praktik aspektləri ilə tanış etmək olub.
Müzakirələr ölkəmizdə dərman vasitələrinin qeydiyyatı proseduru və tələbləri, dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət mexanizmləri, tənzimləmə proseslərinin rəqəmsallaşdırılması və optimallaşdırılması, dərman təchizatında təcrübə mübadiləsi və effektiv təcrübələrin tətbiqi kimi məsələləri əhatə edib.
Azərbaycan və Belarusun müvafiq qurumları arasında tərəfdaşlığın inkişaf perspektivlərinin müzakirə edildiyi görüş konstruktiv və işgüzar atmosferdə keçib və tərəflərin əməkdaşlığın inkişafında və peşəkar əlaqələrin gücləndirilməsində maraqlı olduğunu təsdiqləyib.


Xəbəri paylaş



Fevral 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova