Tütünçəkmədən imtinanın təşviqi üzrə maarifləndirmə tədbiri keçirilib

Tütünçəkmədən imtinanın təşviqi üzrə maarifləndirmə tədbiri keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Mehriban” Qadın və Uşaq Sığınacağında maarifləndirici tədbir təşkil edilib. Tədbirin məqsədi tütün və elektron siqaretlərin zərərləri barədə məlumatlandırma səviyyəsinin artırılması, zərərli vərdişlərdən imtinanın təşviqi və sağlam həyat tərzinin təbliği olub.
Mərkəzdən verilən məlumata görə, tədbirdə İSİM-in baş hüquq məsləhətçisi Rüstəm Məmmədov və İctimai sağlamlıq şöbəsinin əməkdaşı Nərmin Azadova geniş təqdimatla çıxış ediblər. Çıxışlarda tütünçəkmənin orqanizmə mənfi təsirləri, zərərli vərdişlərdən imtina yolları, sağlam həyat tərzinin üstünlükləri, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qanunun hüquqi aspektləri barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda interaktiv müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Maarifləndirmə kampaniyasının tərkib hissəsi kimi sığınacaq sakinlərinə maarifləndirici çap materialları və İSİM tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.




Xəbəri paylaş



Fevral 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova