İSİM ilə Azərbaycan Pediatriya Cəmiyyəti arasında Memorandum imzalanıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə “Azərbaycan Pediatriya Cəmiyyəti” İctimai Birliyi (APCİB) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu barədə Mərkəzdən verilən məlumata görə, sənəd İSİM və APCİB arasında ikitərəfli əməkdaşlığın çərçivələrini müəyyən edir.
Memorandumu İSİM-in baş direktoru Səbinə Babazadə və APCİB-in sədri Əli Quliyev imzalayıblar. Bu əməkdaşlıq Azərbaycanda körpə və uşaq sağlamlığının inkişafı, pediatriyanın tərəqqisi istiqamətində birgə fəaliyyəti əhatə edir.
Əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinin təşviqi, sanitar-maarifləndirmə, fiziki aktivliyin təbliği və s. fəaliyyətlər nəzərdə tutulur. Həmçinin dövlət proqramları və milli fəaliyyət planlarından irəli gələn, uşaqların sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin icrası əməkdaşlığın prioritet istiqamətlərini təşkil edir.
Xəbəri paylaş







