Sizin Reklam Burada!

Səhiyyə Nazirliyindən Ağdərənin balaca sakinləri üçün tibbi aksiya

Səhiyyə Nazirliyindən Ağdərənin balaca sakinləri üçün tibbi aksiya

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Ağdərə rayonunda yaşayan uşaqlar üçün kompleks səyyar tibbi müayinələr həyata keçirilib.
Nazirliyin mətbuat xidmətinin bildirdiyinə görə, tibbi aksiya əhalinin sağlamlığının qorunması, xüsusilə azad olunmuş ərazilərə qayıdan ailələrin və uşaqların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədi daşıyıb. Səyyar müayinələrdə İnstitutun yüksəkixtisaslı həkim heyəti – pediatrlar, nevroloqlar, kardioloqlar, endokrinoloqlar, oftalmoloqlar, otorinolarinqoloqlar və digər sahə mütəxəssisləri iştirak ediblər.
Müayinələr zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, profilaktik baxışlar aparılıb, zəruri laborator və instrumental yoxlamalar həyata keçirilib. Aşkarlanan xəstəliklər və sağlamlıq problemləri ilə bağlı valideynlərə ətraflı tibbi məsləhətlər verilib, ehtiyac yarandığı hallarda uşaqların müvafiq ixtisaslaşmış tibb müəssisələrində müalicə və nəzarətə cəlb olunması üçün tövsiyələr təqdim edilib.
Aksiya çərçivəsində həmçinin valideynlərlə maarifləndirici söhbətlər aparılıb, uşaqların sağlam inkişafı, düzgün qidalanma, peyvəndləmə, mövsümi xəstəliklərin profilaktikası və sağlam həyat tərzi ilə bağlı ətraflı məlumatlar verilib.
Pediatriya İnstitutunun həkim heyəti tərəfindən Ağdərə rayonunda ümumilikdə 100-ə yaxın uşaq kompleks müayinələrdən keçirilib.
Uşaqlarda ümumi kliniki, antropometrik ölçülər, görmə, eşitmə müayinələri, ürəyin (exokardioqrafiya), qarın boşluğu orqanlarının USM, nevroloji statusun qiymətləndirilməsi aparılıb.
Qeyd edək ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə səhiyyə xidmətlərinin mərhələli şəkildə təşkili və əhalinin tibbi təminatının gücləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu tərəfindən təşkil olunan bu səyyar tibbi müayinələr həmin tədbirlərin tərkib hissəsi olmaqla, bölgədə yaşayan uşaqların sağlamlığının qorunmasına mühüm töhfə verir.
Səhiyyə Nazirliyi azad olunmuş və yenidən məskunlaşdırılan ərazilərdə uşaqlar və digər əhali qrupları üçün profilaktik və müalicəvi tibbi aksiyaların davam etdirilməsini nəzərdə tutur.


Xəbəri paylaş



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova