Səhiyyə Nazirliyi “Qlobal səhiyyə diplomatiyası üzrə yüksək səviyyəli dialoq”da təmsil olunub

Səhiyyə Nazirliyi “Qlobal səhiyyə diplomatiyası üzrə yüksək səviyyəli dialoq”da təmsil olunub

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi tərəfindən 16–18 fevral 2026-cı il tarixlərində Aşqabad şəhərində “Qlobal səhiyyə diplomatiyası üzrə yüksək səviyyəli dialoq” mövzusunda konfrans-seminar keçirilib.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, tədbir Türkmənistan hökumətinin dəstəyi ilə təşkil olunub və yüksək səviyyəli beynəlxalq nümayəndə heyətlərini bir araya gətirib.
Konfrans ÜST-nin Avropa Regional Ofisinin “Əlaqə, Müdafiə və Diplomatiya vasitəsilə Sağlamlıq üçün Fəaliyyət” (AHEAD) təşəbbüsü çərçivəsində baş tutub və səhiyyə sahəsində diplomatik əməkdaşlığın gücləndirilməsinə həsr olunub.
70-dən artıq mütəxəssisin iştirak etdiyi tədbirdə Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndəsi ölkəmizin qlobal səhiyyə diplomatiyasında fəal iştirakı, beynəlxalq platformalarda həyata keçirilən humanitar təşəbbüslər, COVID-19 pandemiyasına qarşı qlobal cavab tədbirlərində rolu, eləcə də COP29 çərçivəsində irəli sürülən iqlim diplomatiyası təşəbbüsləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq barədə məlumat verib.
Dialoq çərçivəsində səhiyyə və diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsi, səhiyyə təhlükəsizliyinin möhkəmləndirilməsi və strateji kommunikasiya bacarıqlarının inkişafı məsələləri müzakirə olunub.


Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova