Sizin Reklam Burada!

Kardiologiya İnstitutunda elektrofiziologiya laboratoriyası yaradılıb

Kardiologiya İnstitutunda elektrofiziologiya laboratoriyası yaradılıb

Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar çərçivəsində Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elmi Tədqiqat Kardiologiya İnstitutunda elektrofiziologiya (EPİ) laboratoriyası istifadəyə verilib. Bu, dövlət tibb müəssisəsində yaradılan ilk belə ixtisaslaşmış laboratoriyadır.
Nazirliyin mətbuat xidmətinin bu barədə yaydığı məlumatda bildirilir ki, yeni yaradılmış laboratoriyada ürək ritm pozuntularının diaqnostikası və müalicəsi məqsədilə invaziv elektrofizioloji müayinələr aparılır. Müasir tibbi avadanlıqlar vasitəsilə ürəyin “elektrik xəritəsi” hazırlanır, aritmiyaya səbəb olan ocaqlar dəqiq müəyyənləşdirilərək ablasiya üsulu ilə aradan qaldırılır.
Əhəmiyyətli məqamlardan biri də ondan ibarətdir ki, bu prosedurlar ölkədə ilk dəfə olaraq dövlət tibb müəssisəsində və tam ödənişsiz əsaslarla icra edilir. Bu isə vətəndaşların yüksək ixtisaslı aritmoloji xidmətlərə əlçatanlığını artırır.
Laboratoriyanın fəaliyyətə başlaması ürək ritm pozuntularından əziyyət çəkən xəstələrin vaxtında və effektiv müalicəsinə geniş imkanlar yaradacaq, eyni zamanda, onların özəl tibb müəssisələrinə müraciət ehtiyacını minimuma endirəcək.


Xəbəri paylaş



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova