Sizin Reklam Burada!

Səhiyyə Nazirliyinin həssas əhali qrupları üçün səyyar xidməti çərçivəsində 8 mindən çox vətəndaş müayinə olunub

Səhiyyə Nazirliyinin həssas əhali qrupları üçün səyyar xidməti çərçivəsində 8 mindən çox vətəndaş müayinə olunub

Səhiyyə Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən profilaktik tibbi müayinələr çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasının səyyar stomatoloji xidməti bir sıra sosial müəssisələrdə aksiyalar keçirib. Nazirliyin koordinasiyası ilə həyata keçirilən səyyar müayinələr 1, 2 və 3 saylı uşaq evlərində, Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində, Binəqədi rayonu Xocəsən bələdiyyəsində, əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həssas əhali qrupları üçün sığınacaq və reabilitasiya mərkəzlərində təşkil edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu tədbirlər zamanı əhalinin ağız və diş sağlamlığı üzrə ilkin müayinələr aparılıb, profilaktik tövsiyələr verilib və sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirmə işləri həyata keçirilib.
Səyyar xidmətlər nəticəsində 8000-dən çox vətəndaş müayinədən keçib, onlardan 300 nəfəri əlavə müalicə üçün klinikaya yönləndirilib.
Layihənin icrasında ATU-nun Tədris Stomatoloji Klinikasının rezidentləri və həkim heyəti fəal iştirak edərək əhali üçün stomatoloji xidmətlərin əlçatanlığını artırıb. Eyni zamanda, bu proses gənc mütəxəssislərin praktik bilik və bacarıqlarının inkişafına da mühüm töhfə verib.
Səyyar stomatoloji xidmətlər Səhiyyə Nazirliyinin sağlamlığın qorunması və profilaktikanın gücləndirilməsinə yönəlmiş dövlət siyasətinin tərkib hissəsi olaraq həyata keçirilir.
Tədbirlər ATU və aidiyyəti qurumların iştirakı ilə davam etdirilir və gələcəkdə ölkənin bütün bölgələrini əhatə etməsi nəzərdə tutulur.


Xəbəri paylaş



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova