Azərbaycan və Yaponiya arasında rəqəmsal səhiyyə və tibbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan və Yaponiya arasında rəqəmsal səhiyyə və tibbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin təşəbbüsü ilə bu ölkənin rəqəmsal təhsil texnologiyaları sahəsində fəaliyyət göstərən “Digital Knowledge” şirkətinin nümayəndə heyəti ölkəmizə üçüncü dəfə səfər edib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verir ki, səfər çərçivəsində nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində, nazirliyin tabeliyində fəaliyyət göstərən K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləṣdirmə İnstitutunda (ADHTİ), eləcə də Azərbaycan Tibb Universitetində (ATU) bir sıra görüşlər keçirilib.
Görüşlər zamanı nümayəndə heyətinə ixtisaslaşmış tibb müəssisələrinin fəaliyyəti, maddi-texniki bazası və mövcud infrastruktur imkanları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, tibb bacılığı üzrə təlim proqramının demo versiyası nümayiş olunub, rəqəmsal platformaların tətbiqi, tibbi təhsildə innovativ yanaşmalar və səhiyyə sistemində kağızsız idarəetmə modelinə keçid məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər mümkün əməkdaşlıq istiqamətlərini və gələcəkdə anlaşma memorandumunun imzalanması perspektivlərini müzakirə ediblər.
ADHTİ-dən verilən məlumata görə, İnstitutda keçirilən görüș zamanı ana və ușaqlar üçün rəqəmsal sağlamlıq kartlarının hazırlanması, tibb bacılarının davamlı təhsilində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi (İKT), "Tibbi təhsil nərdivanı" metodu ilə baǧlı müzakirələr aparılıb, tibb bacısı işi üzrə təlim proqramının demo versiyası nümayiş olunub. Sonda tərəflər arasında gələcək əməkdaşlıq istiqamətində anlaşma memorandumunun imzalanması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
ATU-dan bildirildiyinə görə, Tibb Universitetində keçirilən, ana və uşaq sağlamlığına, tibb bacılarının davamlı peşə təhsili sahəsində İKT-nin tətbiqi imkanlarına həsr olunmuş tədbirdə “Digital Knowledge” şirkətinin nümayəndəsi Yoşihiro Goyda innovativ elektron platformaların tətbiqi, ana və uşaqlar üçün rəqəmsal sağlamlıq kartlarının hazırlanması və kağızsız tibbi idarəetmə sisteminə keçid məsələlərinə toxunub.
“Vexon International” şirkətinin mütəxəssisi Kneji İçimura tibb bacılarının inkişafı və sertifikasiyası ilə bağlı çıxış edib, davamlı peşəkar inkişaf üçün tibbi personalın gündəlik təhsilinin vacibliyini vurğulayıb.
Tədbir həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tibb bacılarının peşəkar inkişafı və səhiyyə sisteminin gücləndirilməsi istiqamətində fikir mübadiləsi ilə yekunlaşıb.
Qeyd edək ki, səfər çərçivəsində keçirilən görüşlər rəqəmsal səhiyyə və tibbi təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.


Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova