Azərbaycan səhiyyə tarixinin canlı yaddaşı

Azərbaycan Təbabəti Muzeyinin yaradılmasının 40 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyi Azərbaycan Təbabəti Muzeyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Universitetinin Respublika Dövlət Elmi Tibb Kitabxanasının nümayəndələru iştirak ediblər.
Azərbaycan Təbabəti Muzeyi 1984-cü ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin 169 nömrəli əmrinə əsasən yaradılınb, rəsmi açılışı isə 29 yanvar 1986-cı ildə baş tutub. Muzeyin yaranması, fəaliyyəti və inkişafı ölkəmizdə tibbin tarixi ilə bilavasitə bağlıdır.
Azərbaycan Təbabəti Muzeyi ziyarətçilərdə Azərbaycanın səhiyyə tarixinə maraq və hörmət hissi formalaşdırır. Muzeyin qorunması və gələcək nəsillərə ötürülməsi səhiyyə tarixi baxımından mühüm vəzifədir.
Muzey xalqımızın mədəni irsinin ayrılmaz tərkib hissəsi kimi, qədim dövrlərdən bu günə qədər ölkəmizdə tibb və səhiyyənin inkişaf tarixini, eyni zamanda, Azərbaycan təbabət alimlərinin elmi nailiyyətlərini işıqlandırmaq və nümayiş etdirmək məqsədi ilə fəaliyyət göstərir.



Xəbəri paylaş







