Fiziki aktivlik və oturaq həyat tərzi

Məktəblərdə bu sahədə rəqəmsal savadlılıq üzrə maarifləndirilmə aparılıb
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Suraxanı rayonu üzrə 79, 140, 208, 226 və 232 nömrəli tam orta məktəblərdə “Fiziki aktivlik və oturaq həyat tərzi. Rəqəmsal savadlılıq” mövzusunda 6-7-8-ci sinif şagirdləri üçün maarifləndirici görüşlər keçirilib.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin mütəxəssisi Elnarə Nuriyeva şagirdlərə fiziki aktivliyin sağlamlığa təsiri, oturaq həyat tərzinin fəsadları, eləcə də rəqəmsal savadlılıq barədə ətraflı məlumat verib.
İştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici çap materialları təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş










