Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Buzovna” fizioterapiya, “Bilgəh” kardioloji və “Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzlərinə əlaqədar təşkilatların rəhbər şəxslərinin iştirakı ilə baxış keçirilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, səhiyyə naziri Teymur Musayevin də iştirak etdiyi tədbirdə məlumat verilib ki, konfederasiya tərəfindən sağlamlıq-istirahət mərkəzlərində müasir və rahat şərait yaradılır. “Buzovna”, “Bilgəh” və “Abşeron” sağlamlıq mərkəzlərində də şərait yaxşılaşdırılıb, obyektlər ən müasir tibbi avadanlıqlarla təchiz edilib.
Eyni zamanda, mərkəzlərdəki tibbi laboratoriyalar, müalicə və istirahət sahələri, tibbi xidmətlərin təşkili, istifadə edilən müasir avadanlıqlar və reabilitasiya prosedurları ilə tanışlıq olub. Vurğulanıb ki, mərkəzlərdə müalicə və reabilitasiya üçün müasir tibbi texnologiyalar tətbiq edilir.
Yollayışların verilməsi ilə bağlı isə qeyd edilib ki, proses e-ahik elektron rezervasiya sistemi vasitəsilə həyata keçirilir. Sistem insan təması olmadan, sürətli və şəffaf şəkildə müraciət və qeydiyyat imkanı yaradır ki, bu da xidmətlərin əlçatanlığını və vətəndaş məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır.
Səhiyyə naziri Teymur Musayev konfederasiyanın sağlamlıq mərkəzlərində yaradılmış şəraiti, müasir tibbi avadanlıqlarla təchizatı, tibbi heyətin peşəkarlığını və göstərilən xidmətlərin keyfiyyətini yüksək dəyərləndirib. Nazir həmçinin kadr hazırlığı və birgə layihələrin icrası istiqamətində AHİK ilə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.



Xəbəri paylaş




Oktyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova