Ötən ay 37 aptekdə yoxlama aparılıb

Bu ilin sentyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 37 aptekdə yoxlama həyata keçirilib.
Mərkəzdən verilən məlumata görə, həmin yoxlamalardan 9-u Bakıda, 28-i isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Aparılmış yoxlamalar nəticəsində 8 müxtəlif nöqsan aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin beş maddəsi üzrə 11 protokol tərtib edilib.
Xəbəri paylaş










