Özəl tibb müəssisələri tibb heyəti ilə əmək müqaviləsi bağlamalıdır

Özəl tibb müəssisələri tibb heyəti ilə əmək müqaviləsi bağlamalıdır

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, planlı və plandankənar yoxlamalar zamanı özəl tibb müəssisələrinin sənədləri araşdırılır və qeydə alınır.
Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib.
Onun sözlərinə görə, özəl tibb müəssisələrinin rəhbərləri tibb heyəti ilə mütləq əmək müqaviləsi bağlamalıdırlar. Lakin yoxlamalarda məlum olur ki, bəzi müəssisələr işçilərlə müqaviləsiz əməkdaşlıq edir.
Tamam Həsənova bildirib ki, yoxlamalar zamanı müəssisənin tibbi personalına dair şəxsi işlər araşdırılır. Bundan əlavə, əmək müqaviləsi bağlanmış şəxslərin məlumatları Səhiyyə Nazirliyinin Tibb işçilərinin reyestrində yoxlanılır. Bəzən işçilərin diplomu, sertifikasiyasının olmaması və ya müddətinin bitdiyi aşkarlanır. “Əgər müqavilə yoxdursa, pasiyentin sənədləri, qeydiyyat vərəqələri yoxlanılır. Pasiyentə tətbiq edilmiş bütün müayinələr, analizlər və müalicələr qeyd olunmalıdır. Qeydiyyatsız şəxslər aşkar edilərsə, reyestr vasitəsilə araşdırma aparılır. Vətəndaşlar, dövlət orqanları və ya media tərəfindən daxil olan əsaslı müraciətlər nəticəsində faktlar yoxlanılır. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilirlər”.
Tamam Həsənova qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili və qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin tibb xidməti göstərməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə görə fiziki şəxslər 300-500, vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 manat məbləğdə cərimə edilirlər. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800-1000 manat, hüquqi şəxslər 6000-8000 manat məbləğdə cərimə edilirlər.


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova