Səhiyyə nazirinə yeni müşavir təyin olunub

Səhiyyə Nazirliyində yeni təyinat olub.
Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Nurulla oğlu Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib.
Xəbəri paylaş