“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” İşçi qrupunun ilk iclası keçirilib

“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” İşçi qrupunun ilk iclası keçirilib

Səhiyyə Nazirliyində ölkəmizin işğaldan azad edilmiş ərazilərində tibbi xidmətin təşkili ilə bağlı yaradılmış İşçi qrupun ilk iclası olub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Səhiyyə, Müdafiə, Fövqəladə Hallar nazirliklərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, həmçinin Prezidentin işğaldan azad edilmiş rayon və şəhərlərdəki xüsusi nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.
İşçi qrup Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tələblərini yerinə yetirmək məqsədilə, səhiyyə naziri Teymur Musayevin əmri ilə yaradılıb.
İşçi qrupun əsas məqsədləri “Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində mövcud mülki və hərbi tibbi infrastruktur, həmçinin inşası davam edən və planlaşdırılan tibbi obyektlər barədə məlumatın toplanması, köç qrafikinə uyğun olaraq, azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin yaş və cins bölgüsünə görə tələb olunacaq tibbi xidmətlərin növü və həcminin müəyyən edilməsi, mülki və hərbi tibbi infrastrukturun səmərəli istifadəsi məqsədilə çarpayı fondunun optimallaşdırılmasi, tibb müəssisələrinin kadrlarla təminatı və tibbi heyətin fəaliyyətinin stimullaşdırılması, əhalinin dərman vasitələri ilə təminatında logistik zəncirin qurulması, əhali və tibb işçiləri arasında psixososial dəstək işinin aparılması və tibbi savadlılığın artırılması, sanitar aviasiyasından və teletibb imkanlarından istifadə perspektivlərinin qiymətləndirilməsidir.
Toplantıda işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin təmin edilməsi, səhiyyə infrastrukturunun qurulması, müasir avadanlıqlarla təchizatı və kadr hazırlığı ilə bağlı ümumi yanaşmalar müzakirə edilib, vahid strategiyanın hazırlanması istiqamətində müzakirələr aparılıb.
Səhiyyə naziri Teymur Musayev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində səhiyyə sahəsinə xüsusi əhəmiyyət verildiyini vurğulayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili istiqamətində görüləcək tədbirlər bu sahədə II Proqramın uğurlu icrasına və regionda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Nazir həmçinin diqqətə çatdırıb ki, bu mühüm layihənin həyata keçirilməsini dəstəkləmək üçün bütün səylər səfərbər olunacaq və müvafiq qurumlarla sıx əməkdaşlıq ediləcək.
İşçi qrupun qarşıda duran məsuliyyətli vəzifələri yerinə yetirmək üçün təkmilləşdirilmiş plan və təkliflər hazırlayaraq, Qələbədən sonra bərpa və yenidənqurma işlərinin ən mühüm istiqamətlərindən biri olan səhiyyə infrastrukturunun qurulmasına əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.
İclasın yekununda qoyulmuş vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova