Elektron siqaret popkorn xəstəliyinə səbəb olur

Elektron siqaret popkorn xəstəliyinə səbəb olur

Elektron siqaret (veyp) istifadə edən yeniyetmələr arasında son dövrlərdə “popkorn xəstəliyi”nin yayılması ciddi narahatlıq yaradır. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin verdiyi məlumatda deyilir ki, veypin insan sağlamlığı üçün təhlükəsi tərkibindəki "diasetil" adlı kimyəvi maddə ilə bağlıdır. Bu maddə veyp istifadə edən yeniyetmələrdə tənəffüs sistemi ilə bağlı sağlamlıq problemlərinə səbəb olur.
Əslində, bu xəstəliyin adı obliterasiya edən bronxiolitdir. O, diasetilin təsiri ilə bronxiolların iltihabı və daralması ilə gedir. Bu isə öskürəyə, təngnəfəsliyə, tənəffüs çatışmazlığına gətirib çıxara bilər. Bəs xəstəliyə niyə “popkorn xəstəliyi” deyirlər? Çünki xəstəliyin təsiri ilə ağciyərlərdən gələn səs popkorn bişərkən onun partlamasının çırtıltısını xatırladır.
Diasetil maddəsi qida sənayesində aromatizator kimi istifadə edilir və təhlükəsiz sayılır. Lakin veyp mayelərinə əlavə olunaraq inhalyasiya edildikdə, yəni nəfəsə çəkildikdə tənəffüs yollarına ciddi zərər vurur.
Məlumatda daha sonra bildirilir: “Popkorn xəstəliyi özünü əvvəlcə adi bir respirator infeksiya kimi göstərir. Quru öskürək, nəfəs darlığı, döş qəfəsində ağrılar, halsızlıq və bəzən yüksək temperaturla müşahidə olunur. Lakin zamanla vəziyyət pisləşir, ağciyərlərdə geriyə dönməz dəyişikliklər baş verir.
Qeyd edək ki, 39 ölkə veyp istifadəsini tamamilə qadağan edib, 82 ölkə isə yalnız ciddi tənzimləmələr əsasında satışına icazə verir.
Əgər sağlamlığınızı qorumaq istəyirsinizsə, veypdən imtina etmək ən düzgün addım olacaq. Unutmayın ki, sağlamlığınız ən qiymətli sərvətinizdir!”


Xəbəri paylaş




Oktyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova