Səhiyyə Nazirliyi qeydiyyatsız botoks və dolğularla bağlı əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi qeydiyyatsız botoks və dolğularla bağlı əhaliyə müraciət edib

Bəzi özəl tibb müəssisələrində rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmayan botoks və dolğular tətbiq edilir. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumatda deyilir.
AEM-dən bildirilib ki, bəzi özəl klinikalarda “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə edilir: "Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır.
Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir".
Müraciətdə vətəndaşlara tövsiyə olunur ki, yalnız dövlət qeydiyyatlı məhsullardan istifadə edən klinikalara müraciət etsinlər. İstifadə olunan preparatın adını, istehsalçı ölkəsini, uyğunluq sertifikatını və qeydiyyat vəsiqəsini tələb etmək də hər bir pasiyentin hüququdur: “Sosial şəbəkələrdə reklam olunan ucuz prosedurlara qarşı ehtiyatlı olun. Qanunsuz və qeyri-peşəkar prosedurlar sağlamlığınıza ciddi ziyan vura bilər”.
AEM vətəndaşlara tövsiyə edir ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı qurumun “Bir Pəncərə” sektoruna, “Qaynar xətt” xidmətinə (012 596 05 20), [email protected] elektron poçt ünvanına, yaxud AEM-in www.pharma.az rəsmi saytının “Müraciət” bölməsinə məlumat versinlər.
Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova