Müxtəlif növ balların müalicəvi xüsusiyyətləri

Müxtəlif növ balların müalicəvi xüsusiyyətləri

Balın müalicəvi xüsusiyyətlərə malik olması heç kəsə sirr deyil. Ancaq bu faydalı qida növünün ümumilikdə müsbət təsiri ilə yanaşı, ayrı-ayrı bal növlərinin də özünəməxsus özəllikləri var. Belə ki, bal növünün müalicəvi xüsusiyyətləri arıların onu hansı bitkidən toplamasından əhəmiyyətli dərəcədə asılıdır.
Bəs hansı növ bal hansı orqanlara kömək edir?
Akasiya balı xüsusən kişilərə faydalıdır. Bu bal həm də böyrəklərin və sidikçıxarıcı yolların xəstəliklərində kömək edir.
Xardal balı tənəffüs yolları xəstəliklərində müalicəvi təsirə malikdir. Ondan həm də sidikqovucu vasitə kimi istifadə edirlər.
Qarabaşaq balının tərkibində dəmirin və zülalın səviyyəsi yüksəkdir. Bu bal damarları təmizləyir, zədələnmiş toxumaların regenerasiyasına kömək edir, hemoqlobinin səviyyəsini qaldırır. Xüsusən qadınlara və yüksək turşuluqlu xroniki qastritdən əziyyət çəkən insanlara məsləhət görülür.
Şabalıd balı mədə-bağırsaq və böyrək xəstəlikləri zamanı kömək edir, həmçinin damarları və immuniteti möhkəmləndirir.
Yağıotu balı mədə-bağırsaq xəstəliklərində faydalıdır. Bir stəkan suda 2-3 xörək qaşığı belə balı həll edib içdikdə yuxu pozulmasının və başağrısının qarşısını alır.
Yonca balından ginekoloji xəstəliklərdə, babasil və asteniyada müalicəvi vasitə kimi istifadə edirlər. Bu balın həm də sidikqovucu və bəlğəmgətirici xüsusiyyətləri var.
Cökə balı soyuqdəymədə, yuxarı tənəffüs yollarının xəstəliklərində faydalıdır. Qaraciyərin və böyrəklərin xəstəliklərində, mədə-bağırsaq traktı iltihabında kömək edir, ürək əzələsini möhkəmləndirir.
Çiçək (çəmən) balı mikrob əleyhinə və iltihab əleyhinə təsir xüsusiyyətlərinə malikdir. Başağrısı, mədədə ağrı, ürəkdöyünmə, yuxu pozulması, yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı istifadə etmək tövsiyə olunur.
Günəbaxan balı ürək xəstəliklərində, bronxial astma, osteoxondroz, nevralgiyalar, xüsusən soyuqdəymə mənşəli sinir ağrısı zamanı müsbət təsir edir. Bu bal həmçinin ümumi möhkəmləndirici xüsusiyyətə malikdir.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova