“Böyük Qayıdış”a sağlamlıq dəstəyi

“Böyük Qayıdış”a sağlamlıq dəstəyi

Füzulidə tibbi aksiya keçirilib

Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində kompleks tibbi müayinələri və sağlam həyat tərzinin təşviqinə dair maarifləndirici tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə aksiya Füzuli şəhərində keçirilib. Nazirliyin təşkilatçılığı ilə Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim briqadası yerli əhali üçün tibbi müayinələr və konsultasiyalar təşkil edib.


Aksiyanın əsas məqsədi müxtəlif cərrahi və terapevtik patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin aparılması və vətəndaşlara konsultativ tibbi xidmətlərin göstərilməsi olub.
Cərrah qastroenteroloqlar, damar və endokrin cərrahı, kardiocərrah, terapevt qastroenteroloq, nefroloq və digər ixtisaslı mütəxəssislərin yer aldığı tibb heyəti tərəfindən əhaliyə tibbi baxış keçirilib, elektrokardioqrafiya (EKQ) və digər diaqnostik müayinələr aparılıb.
Ümumilikdə, aksiya müddətində 170 nəfərə yaxın Füzuli sakini tibbi müayinələrdən keçib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova