Səhiyyə Nazirliyi ilə “Pfizer” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Səhiyyə Nazirliyi ilə “Pfizer” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Pfizer” şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitri Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev qeyd edib ki, koronavirus pandemiyası zamanı ölkəmizdə 4 tanınmış vaksin şirkətinin peyvəndləri tətbiq olunub. Bu vaksinlərdən biri də “Pfizer – BioNTech” şirkətinin istehsal etdiyi peyvənd olub. Ümumdünya Səhiyyə Təşkilatı “Pfizer – BioNTech” vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib.
Teymur Musayev həmçinin ölkə əhalisinin sağlamlığı üçün əhəmiyyətli olan digər vaksinlərin Azərbaycanda tətbiqi məsələlərinin müzakirəsinə Səhiyyə Nazirliyinin hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Dmitri Kozenkov bildirib ki, Azərbaycan COVID-19 pandemiyasının başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələr sırasında olub. Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri aradan qaldırmaq üçün operativ və uğurlu tədbirlər həyata keçirib.
Görüşdə Səhiyyə Nazirliyi ilə “Pfizer” şirkəti arasında qarşılıqlı əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, elmi-tibbi aspektlər müzakirə edilib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova