Azərbaycan və Çin arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və Çin arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev iki ölkə rəhbərlərinin səyləri nəticəsində Azərbaycan – Çin münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb:“Dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırıb”.
Teymur Musayev ölkələrimiz arasında strateji tərəfdaşlığın bir çox istiqamətləri əhatə etdiyini diqqətə çatdırıb, səhiyyə sahəsində əməkdaşlığın da bu kontekstdə xüsusi önəm daşıdığını qeyd edib.
Çin səfiri Lu Mey iki ölkə arasında dostluq münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edərək, səhiyyə sahəsində birgə təşəbbüslərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Görüş zamanı iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə tibb təhsili, elmi tədqiqatların aparılması, əczaçılıq, innovativ texnologiyaların tətbiqi və digər maraq doğuran istiqamətlərdə birgə əməkdaşlıq imkanları müzakirə edilib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova