Səhiyyə naziri yeni rektoru kollektivə təqdim edib

Səhiyyə naziri yeni rektoru kollektivə təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 7 iyul tarixli Sərəncamına əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Nazim Pənahovu institutun kollektivinə təqdim edib.
Tədbirdə çıxış edən nazir dövlət başçısının imzaladığı Sərəncamı diqqətə çatdırıb. O, Nazim Pənahovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, Nazim Pənahov müxtəlif məsul vəzifələrdə çalışıb, o cümlədən bu təyinatadək Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru olub.
Teymur Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində uğurla həyata keçirilən islahatlardan danışıb, bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrasında yeni rektora və institutun kollektivinə uğurlar arzulayıb.
Təqdimat mərasimində çıxış edən Nazim Pənahov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O vurğulayıb ki, gələcək fəaliyyətində dövlətçilik dəyərləri, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsipləri prioritet olacaq.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova