Əl gigiyenası üzrə təlim keçirilib

Əl gigiyenası üzrə təlim keçirilib

Səhiyyə Nazirliyi V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda profilaktika və infeksion nəzarət fəaliyyəti çərçivəsində “Əl gigiyenası” mövzusunda maarifləndirici təlim təşkil olunub.
İnstitutdan verilən məlumata görə, iki gün davam edən treninqin ilk günü təlim institutun klinik şöbəsində çalışan həkim heyəti, ikinci günü isə tibb bacıları üçün keçirilib.
Təlimçi – İnfeksiyaların Profilaktikası və İnfeksion Nəzarət (İPİN) komissiyasının üzvü, dosent Lalə Rüstəmova çıxış edərək səhiyyə xidməti ilə əlaqəli infeksiyalar, multirezistent mikroorqanizm ştamları və onların qarşısının alınmasında düzgün əl gigiyenasının əvəzsiz rolundan bəhs edib.
Təqdimat çərçivəsində düzgün əl gigiyenası texnikası barədə videotəlim nümayiş etdirilib. Təlimin praktik hissəsində isə iştirakçılar öyrəndikləri texnikaları canlı olaraq tətbiq ediblər.
Bu cür maarifləndirici tədbirlər səhiyyə işçiləri arasında infeksion nəzarət tədbirlərinin effektivliyini artırmaqla yanaşı, pasiyent təhlükəsizliyinin təmin olunmasına da mühüm töhfə verir.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova