İctimai Səhiyyə və İslahatlar Mərkəzi festivalda iştirak edib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) "Sea Breeze"də keçirilmiş beynəlxalq oyun festivalında “Sağlamlığını qoru!” guşəsi ilə iştirak edib.
Mərkəzdən verilən xəbərə görə, İSİM tərəfindən hazırlanaraq əhalinin istifadəsinə verilən “Burla Xatun”, “Sağlam uşaq”, “Sağlam qida”, “Tütündən imtina et” və digər mobil tətbiqlər, maarifləndirici kompüter oyunları, çap materialları və s. vəsaitlər çoxsaylı iştirakçılara təqdim olunub.


Müxtəlif dövlət qurumlarının, beynəlxalq və yerli təşkilatların innovativ layihələri və stendləri ilə təmsil olunduğu festivalda iştirakçılara İSİM tərəfindən uşaqlar, valideynlər və müəllimlər üçün hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” portalı və mobil tətbiqi təqdim olunub, onlar barədə ziyarətçilərə ətraflı məlumat verilib. Sağlam həyat tərzini təbliğ və təşviq edən materiallar və müxtəlif hədiyyələr festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Xəbəri paylaş