“Həmkardan həmkara qayğı ilə”

Laçında bu layihənin növbəti mərhələsi keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Referans Medical Group”un dəstəyi ilə keçirilən “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin növbəti mərhələsi Laçın rayonunda keçirilib.

AZƏRTAC bildirir ki, Laçın Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı peşəkar həkim heyəti tərəfindən 7 tibbi xidmət üzrə müayinələr aparılıb. İki gün ərzində Laçın rayonunun ümumilikdə 360 sakininə tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.
Müayinəyə gələn uşaqlara Konfederasiya tərəfindən hədiyyələr verilib.
Ölkəmizin dağ və dağətəyi rayonlarında reallaşdırılan layihənin məqsədi AHİK üzvlərinin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətimizin sosial siyasətinə töhfə verməkdir.
Xəbəri paylaş