Herontoloji Mərkəz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tibbi aksiya keçirib

Herontoloji Mərkəz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tibbi aksiya keçirib

Səhiyyə Nazirliyinin Bakı Şəhər Herontoloji Mərkəzi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tibbi aksiya təşkil edib.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, aksiya zamanı 50-yə yaxın veteran pulsuz müayinə edilib, onlara tibbi xidmət göstərilib.
Qeyd olunub ki, bu, Bakı Şəhər Herontoloji Mərkəzi tərəfindən veteranlarla bağlı həyata keçirilən ilk tibbi-sosial aksiya deyil. Mərkəz bundan öncə də dəfələrlə həmin təşkilatda oxşar aksiyalar keçirib, ümumilikdə, yüzlərlə veterana pulsuz tibbi yardım göstərib.
Aksiyada mərkəzin direktoru Nailə Əhmədova analoji aksiyaların bundan sonra da mütəmadi şəkildə davam etdiriləcəyini vurğulayıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov aksiyaya görə Bakı Şəhər Herontoloji Mərkəzinə və onun kollektivinə bütün veteranlar adından minnətdarlığını bildirib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova