Səhiyyə naziri: "İnanıram ki, bugünkü məzunlar Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayacaqlar”

Səhiyyə naziri: "İnanıram ki, bugünkü məzunlar Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayacaqlar”

1 nömrəli Bakı Tibb Kollecində “Məzun günü” keçirilib

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 1 nömrəli Bakı Tibb Kollecinin tələbələrinin təntənəli “Məzun günü” tədbiri keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər.
“Məzun günü” Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Səhiyyə naziri Teymur Musayev məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onların Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayacaqlarına inamını ifadə edib: “Bu gün gərgin zəhmətinizin, yuxusuz gecələrinizin və təhsilə olan sədaqətinizin nəticəsidir. Bu tarixdən etibarən siz Azərbaycanın sağlam gələcəyi naminə şərəfli və məsuliyyətli missiyaya başlayırsınız. Orta tibb işçiləri tibbi xidmətin əsas sütunudur və onların peşəkarlığı səhiyyəmizə ciddi töhfə verir”.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyəyə göstərdikləri xüsusi qayğını vurğulayan nazir qeyd edib ki, aparılan islahatlar və infrastruktur yenilənməsi nəticəsində ölkədə tibbi xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Teymur Musayev 1 nömrəli Bakı Tibb Kollecinin zəngin ənənələrə və maraqlı inkişaf yoluna malik olduğunu diqqətə çatdırıb. Kollecin keçdiyi tarixi yola nəzər salan nazir qeyd edib ki, təhsil müəssisəsinin əsası 1902-ci ildə mamaçalıq məktəbi kimi qoyulub. O vaxtdan etibarən bir çox mərhələləri keçən kollecin inkişafında tanınmış həkimlər, o cümlədən görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva və Mustafa Hacıqasımov kimi şəxsiyyətlər mühüm rol oynayıblar. Teymur Musayev görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın bu təhsil ocağındakı fəaliyyətini xüsusi qeyd edərək bildirib: “Zərifə xanımın 1962–1969-cu illərdəki fəaliyyəti bu kollecin tədris səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb”.
Səhiyyə naziri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə səhiyyə sahəsinə, o cümlədən tibb kadrlarının yetişdirilməsinə böyük önəm verilib. Bu siyasət bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Orta tibb işçilərini səhiyyə sisteminin əsas sütunlarından biri adlandıran nazir deyib ki, bu peşəyə gələn gəncləri humanist dəyərlər, insanlara yardım etmək arzusu birləşdirir: “Məzunların qazandığı uğurların arxasında gərgin zəhmət, fədakarlıq və peşəyə olan böyük maraq dayanır”.
Sonda səhiyyə naziri kollecin müəllim heyətinə və valideynlərə təşəkkürünü bildirib. Məzunların yetişməsində əməyi olan pedaqoqların zəhmətini yüksək qiymətləndirib.
Daha sonra kollecin direktoru Nailə Əliyeva da məzunları təbrik edib, onların həm savadlı tibb işçisi, həm də məsuliyyətli vətəndaş kimi formalaşmasının təməl hədəf olduğunu qeyd edib. “İnanıram ki, məzunlarımız dövlətçiliyimizə və səhiyyəmizə sədaqətlə xidmət göstərəcək, kollecin adını daim uca tutacaqlar.”
Tədbirin sonunda məzunlar Hippokrat andı içərək, xalqa sədaqətlə xidmət edəcəklərinə söz veriblər. Təhsildə fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olunub.
Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova