Səhiyyə Nazirliyi bölgələrdə müayinə aksiyaları təşkil edir

Səhiyyə Nazirliyi bölgələrdə müayinə aksiyaları təşkil edir

Səhiyyə Nazirliyinin mobil klinikaları tərəfindən Ağdərə rayonunun Suqovuşan kəndində yerli əhaliyə tibbi xidmətlər göstərilib. Nazirliyin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) müasir tibbi avadanlıqlarla təchiz olunmuş səyyar klinikaları vasitəsilə Suqovuşan kəndi ilə yanaşı, Ağdərə rayonunun digər yaşayış məntəqələrinin sakinləri üçün ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı müayinələr aparılıb.
Səyyar kilinikalarda ETAXİ-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, radioloq, rentgenoloq və laboratoriya həkimləri tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, döş qəfəsi orqanlarının flüoroqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin tədqiqi həyata keçirilib.
Müxtəlif diaqnostik prosedurlardan başlayaraq, ilkin tibbi yardım göstərməyə qədər istifadə edilən mobil klinikalar modul avadanlıq konsepsiyası sayəsində ucqar ərazilərdə yaşayan əhaliyə tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək məqsədilə yaradılıb.
Aksiya zamanı 250-ə yaxın Suqovuşan kəndinin və Ağdərə rayonunun digər yaşayış məntəqələrinin sakinləri müayinələrdən keçiblər. Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
Qeyd edək ki, aksiya “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyinin təşkil etdiyi, müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrinin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədi daşıyan silsilə tədbirlər çərçivəsində baş tutub.
Səhiyyə Nazirliyi işğaldan azad olunmuş digər ərazilərdə də maarifləndirici tədbirləri və müayinə aksiyalarını davamlı olaraq keçirir. Belə ki, həmin proqram çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə daha bir aksiya nazirliyin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Laçın şəhərində keçirilib.
İkigünlük səyyar oftalmoloji tibbi müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikası və müalicələrin təyin olunmasıdır.
Aksiya zamanı qeyd olunub ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 150-yə yaxın vətəndaş müayinədən keçirilib.

Səhiyyə Nazirliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə daha bir tibbi aksiya Mərkəzin Dəmiryol Səyyar Klinikası tərəfindən Astara rayonunda keçirilib.
Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş aksiya çərçivəsində yerli əhali göz sağlamlığı ilə bağlı müayinədən keçirilib və müalicə yolları müəyyən edilib. Həkimlər əldə olunan nəticələri dəyərləndirərək lazımi tövsiyələr veriblər. Eyni zamanda, ciddi oftalmoloji problemlərlə üzləşən və əməliyyata ehtiyacı olan pasiyentlərə daha geniş tibbi yardım göstərilməsi üçün Milli Oftalmologiya Mərkəzinə müraciət etmələri məsləhət görülüb.


Xəbəri paylaş



May 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova