Bakıda Birinci Gənc Kardioloqlar Forumu keçirilib

Bakıda Birinci Gənc Kardioloqlar Forumu keçirilib

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə Bakıda Birinci Gənc Kardioloqlar Forumu keçirilib.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, deputatlar, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri, “ETKİ könüllüləri” və Azərbaycanın elm və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin nümayəndələri iştirak ediblər.
Birinci Gənc Kardioloqlar Forumunun rəsmi açılış mərasimində ETKİ-nin direktoru və forumun sədri, professor Gülnaz Dadaşova tədbirin vacibliyini vurğulayıb: “Bu forum kardiologiya sahəsində həyata keçirilən islahatların ilkin nəticələrini və perspektivlərini dərindən analiz etmək, eləcə də geniş, çoxtərəfli müzakirələr aparmaq üçün əhəmiyyətli bir platformadır. Əminəm ki, forumda aparılan səmərəli müzakirələr və fikir mübadiləsi kardiologiyanın növbəti dövründəki inkişafına əhəmiyyətli töhfə verəcək”.
Çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev bildirib ki, zəngin proqram çərçivəsində maraqlı panellər və kurslar keçirilir və bu da öz növbəsində kardiologiya sahəsinin inkişafına müsbət təsir göstərir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli forumun kardiologiya sahəsində gənc mütəxəssisləri bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxışında forumun proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin praktiki aspektlərinə həsr olunmuş iclasların, orijinal tədqiqat nəticələrinin və real klinik təcrübədən götürülmüş hallar əsasında keçirilən klinik debatların daxil olduğunu bildirib.
Qeyd edək ki, üç gün davam edən foruma 600-dən artıq yerli mütəxəssis qatılıb. Birinci Gənc Kardioloqlar Forumu Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 46 DTT kredit balı ilə qiymətləndirilib.


Xəbəri paylaş



Aprel 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova