Ötən ay 18 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır.
Mərkəzdən verilən məlumata görə, fevral ayı ərzində Bakı şəhəri üzrə 16, digər şəhər və rayonlarda isə 2 aptek olmaqla, ümumilikdə 18 aptekdə yoxlama aparılıb.
Aparılan yoxlamalar nəticəsində 3 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 210.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
Xəbəri paylaş