AEM özəl tibb fəaliyyəti ilə məşğul olanlara müraciət etdi

AEM özəl tibb fəaliyyəti ilə məşğul olanlara müraciət etdi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət ünvanlayıb. Bildirilir ki, son zamanlar sahibkarlıq subyektlərinə nəzarət tədbirləri ilə bağlı keçirilən yoxlamalar barədə məlumatlı olan dələduzlar bundan sui-istifadə edir, qeyri-qanuni qaydada yoxlama reydləri keçirməyə cəhd edirlər. Belə hallar haqqında AEM-ə məlumatlar daxil olur.
Müraciətdə ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin nəzərinə çatdırılır ki, səhiyyə ilə bağlı xidməti yoxlamaların keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla tənzimlənir. Keçirilməli olan xidməti yoxlamaların qanuniliyini müəyyən etmək üçün sahibkarlıq subyektlərinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi Ədliyyə Nazirliyinin https://yoxlama.gov.az/ saytının vahid məlumat reyestrinin müvafiq bölümünə daxil edilməli və “ÇIXARIŞ” sənədində qeyd edilən rəsmi məlumatlara diqqət yetirilməlidir. “ÇIXARIŞ” sənədinə əsasən xidməti yoxlamalara dair məlumatlarla yoxlayıcıların təqdim etdiyi sənədlər arasında uyğunsuzluq aşkar olunarsa, sahibkarlıq subyekt(lər)inə hüquq mühafizə orqanlarına məlumat vermək tövsiyə olunur.
AEM vətəndaşlara bir daha xatırladır ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya https://pharma.az/ saytının “MÜRACİƏT” bölməsi vasitəsilə quruma müraciət edə bilərlər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir.


Xəbəri paylaş



Mart 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova