Səhiyyə mütəxəssisləri üçün farmakonəzarət sistemi üzrə seminarlar keçirilib

Səhiyyə mütəxəssisləri üçün farmakonəzarət sistemi üzrə seminarlar keçirilib

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə səhiyyə mütəxəssisləri üçün “Farmakonəzarət”, “Əlavə təsirlər. Səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsi”, “Risklərin minimallaşdırılması tədbirləri” mövzularında seminar-treninq keçirib.
AEM-dən verilən məlumata görə, seminar-treninqdə ümumilikdə 24 dövlət müalicə-profilaktika müəssisəsindən 29 nümayəndə iştirak edib.
Təlimdə AEM-in Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov qeyd edib ki, farmakonəzarət dərmanların keyfiyyət və təhlükəsizliyi baxımından böyük rol oynayan məsələlərdən biridir. Burada risklərin qiymətləndirilməsi, araşdırmaların aparılması əhəmiyyətli təsirə malikdir.



Həmin şöbənin müdir müavini Xalisə Əkbərova təqdimatla çıxış edərək AEM-in yaranma tarixi, dərman vasitələrinə farmakonəzarətin məqsədləri və tarixi, Azərbaycanda bu sahədə mövcud olan qanunvericilik və qaydalar, ölkəmizin farmakonəzarət sistemi haqqında məlumat verib. O həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Monitorinq Proqramı, əlavə təsirlərin təsnifatı barədə də məlumat verib, bildiriş kartları və onlayn bildirişlərin vacibliyindən də danışıb.
Ekspert Rəfiqə İbrahimova isə əlavə təsirlər və səbəb-nəticə əlaqələrinin qiymətləndirilməsi mövzusunda təqdimatla çıxış edib. O, əlavə təsirlər və dərman vasitəsi arasında səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsi üsulları və risklərin minimallaşdırılması üzrə müxtəlif tədbirlər barədə danışıb.
Seminarda iştirakçıların sualları cavablandırılıb, təcrübədə rast gəlinən real nümunələrin təhlili aparılaraq müzakirə edilib.
Tədbirin sonunda bütün iştirakçılara Analitik Ekspertiza Mərkəzi tərəfindən sertifikatlar təqdim olunub.
AEM-də digər belə təlim özəl müalicə-profilaktika müəssisələrinin nümayəndələri üçün təşkil olunub. “Özəl müalicə-profilaktika müəssisələrində farmakonəzarətin təşkili və idarə edilməsi. Əlavə təsir” mövzusunda təlimdə ümumilikdə 29 özəl müalicə-profilaktika müəssisəsindən 31 nümayəndə iştirak edib.
AEM-in Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov, həmin şöbənin mütəxəssisləri Gilə İbrahimli və Vüsalə Xəlilli mövzular ətrafında təqdimatlarla çıxış edib, vacib mövzular haqqında məlumat veriblər.


Xəbəri paylaş



Mart 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova