Reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda tədbirlər keçirilib

Reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda tədbirlər keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər gənc nəsil arasında sağlam həyat tərzinin təbliği, reproduktiv sağlamlıq davranışlarının formalaşdırılması ilə bağlı maarifləndirilmə məqsədilə təşkil olunub.
İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən, ailə planlaşdırılmasının vacibliyindən, erkən nikahların fəsadlarından bəhs edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva reproduktiv sağlamlığın əsas amilləri, fərdi gigiyena qaydaları, zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə ətraflı məlumat verib.
Tədbirlərdə həmçinin erkən nikahların fəsadları, irsi yolla ötürülən xəstəliklər barədə çıxışlar olub, nikahdan öncə aparılan tibbi müayinənin vacibliyi vurğulanıb.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova