Səhiyyə naziri Mentorluq proqramı çərçivəsində keçirilən müsabiqənin qalibi ilə görüşüb

Səhiyyə naziri Teymur Musayev “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Ayaz Məmmədovla görüşüb.
Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, görüş zamanı Mentorluq proqramının əhəmiyyəti, qaliblərin peşəkar inkişafına verdiyi töhfə və səhiyyə sahəsində müasir idarəetmə perspektivləri müzakirə edilib.
Ayaz Məmmədovu təbrik edən nazir onun əldə etdiyi uğurun gələcək karyerasında yeni imkanlar açacağına inamını ifadə edib. O, Mentorluq proqramının peşəkar kadrların inkişafına verdiyi töhfəni vurğulayıb, qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
“Yüksəliş” müsabiqəsinin peşəkar rəhbər şəxslərin yetişməsində oynadığı mühüm rolu yüksək qiymətləndirən nazir onların dəstəklənməsinin ölkənin səhiyyə sisteminin davamlı inkişafına mühüm töhfə verəcəyini söyləyib.
Xəbəri paylaş