ÜST-nin direktoru: ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması itkidir

ÜST-nin direktoru: ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması itkidir

“Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumunun “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus deyib.
O bildirib ki, ABŞ-nin ÜST-dən çıxması itkidir: “Lakin biz yeganə təşkilat deyilik. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki, bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir göstərəcək. Məsələn, Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizəyə və digər sahələrə maliyyə yardımının göstərilməməsi qabaqcıl tədbirlərin görülməməsinə səbəb olacaq. Anbarlarda kifayət qədər dərmanların olmaması, çatdırılmanın gecikməsi müalicəni çətinləşdirir. Burada Afrika qitəsini xüsusilə qeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətini dayandırmalı olacağıq”.
“ABŞ-dən gələn resurslar ölkələrdə fövqəladə halların idarə edilməsinə kömək edir. Maliyyə dayansa, bu, sözsüz ki, çox böyük problemlərə səbəb olacaq. Fövqəladə hallara hazırlıq zəifləyərsə, bir çox xəstəliklərə vaxtında müdaxilə etmək mümkün olmayacaq. ABŞ islahatlar istəyirsə, biz bütün islahatlara açığıq”, - deyə o əlavə edib.


Xəbəri paylaş



Mart 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova