“Bullyoz epidermolizin mozaikası”

“Bullyoz epidermolizin mozaikası”

Bakıda bu mövzuda beynəlxalq elmi dəyirmi masa keçirilib


Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrası və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə əməkdaşlığı ilə 28 Fevral – Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Gününə həsr olunan “Bullyoz epidermolizin mozaikası” adlı dəyirmi masa keçirilib.
Beynəlxalq elmi tədbir nadir xəstəliklər barədə maarifləndirmənin artırılması, erkən diaqnostika və müalicə imkanlarının yaxşılaşdırılması üçün mütəxəssislər, aidiyyəti dövlət və qeyri-dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunub.

Tədbirdə Səhiyyə Nazirliyinin dermatovenerologiya üzrə mütəxəssis eksperti, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri professor Fərid Mahmudov giriş sözü ilə çıxış edib. O, tədbirin əhəmiyyətini vurğulayıb və bildirib ki, anadangəlmə bullyoz epidermoliz və ixtioz xəstəlikləri ilə bağlı aparılan fikir mübadiləsi ölkəmizdə mövcud vəziyyətin təhlili və əsas problemlərin müəyyənləşdirilməsi, diaqnostika, müalicə və dəstək mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasına öz töhfəsini verəcək.
Rusiya Federasiyası Moskva vilayətinin Səhiyyə Nazirliyinin nadir xəstəliklər üzrə baş mütəxəssisi, tibb elmləri namizədi Yuliya Kotalevskaya, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Dermatonevrologiya və Kosmetologiya üzrə Elmi-Təcrübi Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor Akram Rahmatov və həmin mərkəzin Genetik Dermatozlar bölməsinin rəhbəri Mədəmin Xaldarbekov, Global Rare Diseases Eurasia şirkətinin tibb meneceri, farmakologiya üzrə fəlsəfə doktoru Pavel Fedosov sessiyalarda geniş təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin müdafiəsi sektorunun müdiri Aynurə Zeynalovanın, İSİM-in direktoru Qəhrəman Haqverdiyevin, beynəlxalq və yerli ekspertlərin iştirak etdiyi dəyirmi masada bulyoz epidermoliz xəstəliyinin diaqnostikası, müalicəsi və reabilitasiyası üzrə aktual məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.







Fevral 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova