Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq

Səhiyyə Nazirliyində XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Xocalı soyqırımının qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Nazirin sözlərinə görə, Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılıb: “Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib”.
Teymur Musayev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasında olduğunu vurğulayıb: “Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalıya dəfələrlə səfərlər edərək, yenidənqurma işləri ilə tanış olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Belə ki, Azərbaycan Prezidenti bu ilin fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşüb. Həmçinin fevralın 25-də dövlət başçısı Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzalayıb”.
“2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olunub və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağı ucaldılıb. İşğaldan azad edilmiş bütün ərazilərdə hazırda sürətli bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi davam etməkdədir”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.







Fevral 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova