Gözəllik salonları kosmetoloji xidmətlər göstərə bilərmi?

Gözəllik salonları kosmetoloji xidmətlər göstərə bilərmi?

Bir çox gözəllik salonlarında göstərilən kosmetoloji xidmətlər sanitar-gigiyenik qaydalara uyğun həyata keçirilirmi? Bu prosedurların gözəllik salonlarında edilməsi nə dərəcədə doğru və qanunidir?
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən açıqlamada bildirilib ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nda kosmetoloji xidmət tibbin bir sahəsi olaraq göstərilir. Estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurlar tibbi kosmetologiyaya aiddir.
"Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aiddir. Bu üsullar "kosmetoloji" işə aid edildiyinə görə, müvafiq sahə üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur".
AEM-dən verilən açıqlamada qeyd edilib ki, bu sahə ilə məşğul olmaq hüququna yalnız bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibb təhsilli mütəxəssislər malikdirlər: “Azərbaycan Respublikasının "Özəl tibb fəaliyyəti haqqında" Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin ali tibb təhsili olan (ixtisasca həkim-dermatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər".
Bəs gözəllik salonları kosmetoloji prosedurlar üçün sanitar-gigiyenik baxımdan nə dərəcədə uyğundur?
AEM-dən bildirilir ki, gözəllik salonları tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyinə görə, həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir: “Vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan bu tip müraciətlər olduqda aidiyyəti gözəllik salonlarında qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkarlıq subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyətlə məşğul olma faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir", - deyə məlumatda bildirilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova