Azərbaycanla Pakistan arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanla Pakistan arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Səhiyyə Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Qasım Mohiuddin ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Qasım Mohiuddini Pakistanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Azərbaycanla Pakistan arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu vurğulayan nazir iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu deyib. Teymur Musayev dövlətlərarası münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini xüsusi qeyd edib.
Səhiyyə sahəsində əməkdaşlıq məsələlərinə toxunan nazir xatırladıb ki, bu istiqamətdə qarşılıqlı fəaliyyət beynəlxalq müstəvidə Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir: “Təhsil sahəsində də ikitərəfli əlaqələr dinamik inkişaf edir. Azərbaycan Tibb Universiteti ilə Pakistanın Rifah Beynəlxalq Universiteti arasında fəal əməkdaşlıq mövcuddur. Ötən ilin oktyabrında Bakıda iki universitetin birgə təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri vahid platformada birləşdirən tibb təhsili üzrə beynəlxalq konfransın keçirilməsi səmərəli əməkdaşlığın bariz nümunəsidir”.
Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Səfir Qasım Mohiuddin vurğulayıb ki, Azərbaycan Pakistan xalqının qəlbində xüsusi yeri olan ölkədir. Səfir hazırda onlarla pakistanlı tələbənin Azərbaycan Tibb Universitetində ali təhsil aldığını diqqətə çatdırıb.
Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsinin perspektivləri müzakirə edilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova