Səhiyyə Nazirliyində UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib

Səhiyyə Nazirliyində UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdəki nümayəndəsi xanım Saca Faruq Abdullah ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə UNICEF arasında əlaqələrin çoxşaxəli olduğunu vurğulayıb: “Ötən müddət ərzində səhiyyə, təhsil, ana və uşaqların sağlamlığının qorunması kimi müxtəlif istiqamətlərdə uğurlu layihələr həyata keçirilib”.
Teymur Musayev Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazir vaksin preparatlarının da Azərbaycana UNICEF xətti ilə gətirildiyini vurğulayıb.
Noyabrda Bakıda keçirilən COP29-un mahiyyətini qeyd edən nazir tədbir çərçivəsində Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan “İqlim dəyişikliyinin sağlamlığa təsirlərinə hazırlıq və onlara cavab olaraq səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi” mövzusunda panel müzakirəslərindən danışıb. Həmçinin Azərbaycan Tibb Universitetində (ATU) 2024/2025-ci tədris ilindən etibarən ATU-nun ikinci kurs tələbələrinə "İqlim dəyişikliyi və sağlamlıq" fənninin tədris olunduğu diqqətə çatdırılıb.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Öz növbəsində Saca Faruq Abdullah xatırladıb ki, BMT-nin Uşaq Fondu Azərbaycanda fəaliyyətə 1993-cü ildə başlayıb: “UNICEF uşaqlar uçun daha yaxşı gələcəyin qurulması və onların tam potensiallarının inkişaf etməsi üçün imkanların yaradılmasında Azərbaycan hökuməti ilə yaxından işləmək öhdəliyinə sadiqdir”.
Azərbaycan ilə UNICEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirən Saca Faruq Abdullah 2021-2025-ci illər üzrə Əməkdaşlıq Proqramı çərçivəsində birgə fəaliyyətin qarşılıqlı əlaqələrin davam etdirilməsində mühüm rol oynadığını qeyd edib.
Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova