ATU-nun Hərbi tibb fakültəsində konfrans
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində “Ebola virusu – bəşər tarixinin ən qəddar virus xəstəliyi” mövzusunda elmi konfrans keçirilib. Toplantıda Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev mövzunun aktuallığından danışıb, Ebola virusu, onun yayılma coğrafiyası, yaratdığı problemlər, habelə bu virusun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlərin keçirilməsi barədə məruzə edib.
Hərbi tibb fakültəsinin müəllim, rezident və tələbə heyətinin iştirakı ilə keçirilən konfransda həmçinin Silahlı Qüvvələrin baş infeksionisti, tibb xidməti polkovniki Azər Nağıyevin “Virus mənşəli hemorragik qızdırmalar”, tibb xidməti polkovnik-leytenantı Azad Məmmədovun “Ebola virusu tərəfindən törədilən xəstəlik” və tibb xidməti polkovnik-leytenantı Fərhad Meybəliyevin “Kontagioz hemorragik qızdırmalarda əks-epidemik tədbirlər” mövzusunda məruzələri dinlənilib.