Qanvermə aksiyaları davam edir

Qanvermə aksiyaları davam edir

Səhiyyə Nazirliyi qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunmaq üçün könüllü qanvermə aksiyalarının təşkilini noyabr ayı ərzində də davam etdirib.
Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ölkə üzrə В.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu da daxil olmaqla 15 məntəqədə könüllü qanvermə aksiyaları keçirilib. Gün ərzində 4 043 nəfərdən 1060 litr qan tədarük olunub.
Noyabrda həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin 200-dən çox işçisi, eləcə də “Veysəloğlu” şirkətlər qrupunun, “Azərkosmos” ASC-nin və “Azərpoçt” MMC-nin əməkdaşları könüllü qan veriblər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova