Uşaqların peyvəndlə əhatə olunmasına dair dəyirmi masa keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) uşaqlar arasında peyvəndlə əhatə olunmanın qiymətləndirilməsi, əldə olunan nəticələrin təhlili və növbəti addımlara həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova, Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, İSİM-in direktoru Səbinə Babazadə və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Sara Həsənova immunoprofilaktikanın əhəmiyyəti, peyvəndlə əhatə olunma səviyyəsinin artırılması və bu sahədə görülən işlər barədə çıxış ediblər.
Mütəxəssislər ölkədə 6 yaşadək uşaqlar arasında aparılmış sorğunun nəticələrini və müqayisəli təhlilləri təqdim edib, immunlaşdırma proqramının daha səmərəli icrası istiqamətində təklifləri müzakirə ediblər.
Xəbəri paylaş










