Sizin Reklam Burada!

Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub

Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali arasında profilaktik tibbi müayinə aksiyaları davam etdirilir.
Mərkəzdən verilən məlumata görə, növbəti tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində baş tutub. Müəssisədə ahıl şəxslər arasında “Sağlam yaşlanma” və “Hədəf 130/80” layihələri çərçivəsində skrininq müayinələri aparılıb və geniş maarifləndirmə işi təşkil edilib.
Sosial xidmət müəssisəsinin direktor vəzifəsini icra edən Fərhad Osmanov bu təşəbbüsü alqışlayaraq, xəstəliklərin profilaktikasına riayət olunmasını təşviq edən belə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Aksiya çərçivəsində keçirilən skrininqlər zamanı iştirakçıların arterial təzyiqi ölçülüb, ürək-damar sisteminin ümumi vəziyyəti qiymətləndirilib. Müayinə olunan şəxslərə hipertoniya ilə mübarizə, arterial təzyiqə nəzarət və sağlam həyat tərzi ilə bağlı fərdi tibbi məsləhətlər verilib, həmçinin İSİM tərəfindən hazırlanmış maarifləndirici çap materialları paylanılıb.
Qeyd edək ki, İSİM, Azərbaycan Kardiologiya Cəmiyyəti və “Servier Azərbaycan” şirkətinin birgə əməkdaşlığı ilə “Hədəf 130/80” layihəsi çərçivəsində müxtəlif müəssisələrdə profilaktik müayinə aksiyaları keçirilir.


Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova