“Səhiyyədə rəqəmsal transformasiya və innovasiyalar 2025”

“Səhiyyədə rəqəmsal transformasiya və innovasiyalar 2025”

İSİM-də bu mövzuda konfrans keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Səhiyyədə rəqəmsal transformasiya və innovasiyalar 2025” mövzusunda konfrans təşkil olunub.
Müxtəlif səhiyyə qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən İSİM-in direktoru Səbinə Babazadə konfransın müasir innovativ vasitələrdən istifadəyə, səhiyyə sistemində informasiya texnologiyalarının inkişafı və tətbiqi təcrübəsinə, hazırlanaraq istifadəyə verilən tibbi mövzularda mobil tətbiqlərə və digər aktual mövzulara həsr olunduğunu vurğulayıb.
Öz çıxışında səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bildirib ki, səhiyyənin rəqəmsallaşdırılması bu gün dövlətimizin prioritet istiqamətlərindən biridir. R.Hacıəlibəyov səhiyyədə rəqəmsal transformasiya istiqamətində ölkəmizdə yeni layihə hazırlandığını və yaxın zamanda təqdim olunacaq bu layihədən həm tibb işçiləri, həm də vətəndaşlarımızın faydalanacağını diqqətə çatdırıb.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Azərbaycanın səhiyyə sistemində xidmətləri dəstəkləyən rəqəmsal imkanların yaradılmasını qeyd edib, yeni vasitələrin, mobil tətbiqlərin bir sıra məsələlərin həllini asanlaşdırdığını vurğulayıb.
Daha sonra konfransda “Təbabətdə müasir texnologiyaların tətbiqi. Süni intellektin təbabətdə tətbiqi – gələcək, yoxsa bu gün?”, “Rəqəmsal səhiyyənin gələcəyi, tibbi rəqəmsal əkiz və elektron resept”, “Klinik protokollar və faydalı mənbələr” və digər mövzularda məruzə və təqdimatlar dinlənilib.
Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.


Xəbəri paylaş




Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova