Fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısı açıqlanıb

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidməti Komissiyanın məlumatını yayımlayıb. Məlumatda bildirilir ki, həmin tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunub və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılıb və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib.
Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş şəxslərdən ibarət “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunub. Bu siyahı aprelin 17-nə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduqda sözügedən siyahı mütəmadi yenilənəcək.
Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin
SİYAHISI

Bununla yanaşı, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə cərrahiyyə profili üzrə digər ixtisas sahibləri tərəfindən ali tibb təhsilinin tədris proqramlarına uyğun surətdə icrasına icazə verilən plastik cərrahiyyə əməliyyatlarının siyahısı da təsdiq edilib.
Cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş mütəxəssislər tərəfindən icrasına icazə verilən plastik əməliyyatların Xəstəliklərin Beynəlxalq Təsnifatının IX buraxılışı üzrə SİYAHISI
I. Ağız və üz-çənə cərrahları (o cümlədən, “Ağız və üz-çənə cərrahiyyəsi” fənnini tədris edən, ali təhsil diplomunu 2010-cu ilə kimi (həmin vaxt da daxil olmaqla) alan, 5 il ali təhsil və 1 il internatura və ya 5 il ali təhsil və 2 il klinik ordinatura keçən həkim-stomatoloqlar) tərəfindən də icra edilə biləcək plastik cərrahiyyə üzrə əməliyyatlar
(Sadalanan əməliyyatlar törəmə səbəbindən aparılarsa, 2024-cü ilə qədər müvafiq təhsil almış və cərrahi profil üzrə fəaliyyət göstərən həkim-onkoloqlar tərəfindən də icra edilə bilər)

1 ƏGO-əks göstəriş olmadıqda.
II. Otorinolarinqoloqlar tərəfindən də icra edilə biləcək plastik cərrahiyyə üzrə əməliyyatlar:
(Sadalanan əməliyyatlar törəmə səbəbindən aparılarsa, 2024-cü ilə qədər müvafiq təhsil almış və cərrahi profil üzrə fəaliyyət göstərən həkim-onkoloqlar tərəfindən də icra edilə bilər.)

III. Oftalmoloqlar tərəfindən də icra edilə biləcək plastik cərrahiyyə üzrə əməliyyatlar:

IV. Ümumi cərrahlar tərəfindən də icra edilə biləcək plastik cərrahiyyə üzrə əməliyyatlar
(Sadalanan əməliyyatlar törəmə səbəbindən aparılarsa, 2024-cü ilə qədər müvafiq təhsil almış və cərrahi profil üzrə fəaliyyət göstərən həkim-onkoloqlar tərəfindən də icra edilə bilər.)

Xəbəri paylaş