Paytaxtda daha iki tibb müəssisəsi istifadəyə verildi
Ölkəmizdə insanların sağlamlığına göstərilən böyük diqqət və qayğının daha bir nümunəsi olaraq, Bakıda iki tibb müəssisəsinin əsaslı təmirdən sonra açılışı olub.
Bunlardan biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının korpusudur. Əsaslı təmirdən sonra istifadəyə verilən korpusda Qastroenterologiya, Kardiologiya, Nevrologiya və Doğum şöbələri yerləşir. Ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunan bu şöbələrdə əhalinin sağlamlığının qorunması və yüksək tibbi xidmətin təşkili üçün hər cür şərait yaradılıb.
Eyni zamanda, Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun təmirdən çıxmış korpusu da qapılarını əhalinin üzünə açıb. Burada cərrahiyyə bloku, reanimasiya zalı, küvez-inkubatorlar yenidən qurulub. Şöbələrin hər birində quraşdırılan biomonitorlar, süni tənəffüs aparatları, eləcə də ekspress diaqnostika laboratoriyaları dünyanın ən qabaqcıl yeni nəsil avadanlıqlarındandır. Xəstəxanada yeni doğulan körpələrin reanimasiyası və intensiv müalicəsi üçün bütün zəruri şərait yaradılıb.

Xəbəri paylaş