Prezident İlham Əliyev narkoloji xidmət haqqında Qanun və Sərəncam imzaladı

Prezident İlham Əliyev narkoloji xidmət haqqında Qanun və Sərəncam imzaladıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Milli Məclisin qəbul etdiyi Qanunu imzalayıb.
Sənəddə bildirilir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan irəli gələn tələblər yeni Qanunun qəbulunu zəruri edib. Belə ki, adıçəkilən Konstitusiya Qanununa uyğun olaraq, burada konkretləşdirici dəyişikliklər edilib.
Prezident İlham Əliyev “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1099-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam da imzalayıb. Sənəddə Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə Qanundan irəli gələn müəyyən göstərişlər verilir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova