“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanunun monitorinqi aparılıb
Milli Məclisin Sosial Siyasət Komitəsinin, BMT-nin Uşaq Fondunun (UNICEF) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun monitorinqinə dair dinləmələr keçirilib.
Komitənin sədri Hadı Rəcəbli toplantıda çıxış edərək bildirib ki, monitorinqlərin məqsədi qanunların bugünkü reallıqlara uyğunluğunu müəyyənləşdirmək, onların daha da təkmilləşdirilməsi üçün əlavə və dəyişikliklər etməkdir: “Bu Qanun 2010-cu il iyunun 18-də Vyanada 25 min insanın qatıldığı böyük bir tədbirin müzakirəsinə çıxarılıb və model qanun kimi bəyənilib. Zamanın tələbi olaraq oraya dəyişikliklər edilməsi lazım gələrsə, Qanun yenə də təkmilləşdiriləcək”.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, parlamentin fəaliyyətinin əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyəti təsisatları ilə sıx işləməkdir. Qanun yaradıcılığı prosesində – həm onun şərh olunmasında, həm də monitorinqində birgə əməkdaşlıq əsas yer tutur.
Bahar Muradova qeyd edib ki, insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəlik dünyanın bir nömrəli problemlərindən biridir. Buna qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Bu xəstəliklə mübarizədə ciddi maarifləndirmə işləri də görülməlidir. Vətəndaş cəmiyyətinin daha geniş cəlb olunması bu mübarizədə xüsusi rol oynayır. Milli Məclis sədrinin müavini müzakirələr zamanı səslənən fikirlərin problemin həllində faydalı olacağını söyləyib.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze bu məsələdə xüsusilə gənclər arasında maarifləndirmə işinin genişləndirilməsini təklif edib.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qurumun bu istiqamətdə apardığı müvafiq işlərdən, reallaşdırılan tədbirlərdən danışıb.
Tədbirdə qeyd olunub ki, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun monitorinqini ARGTMŞ apararaq təkliflər hazırlayıb.
Dinləmələr zamanı Milli Şuranın sədri Şahin Seyidzadə aparılan monitorinq barədə məlumat verib. O bildirib ki, 113 ictimai birlik və təşkilatı özündə birləşdirən ARGTMŞ Qanunun monitorinqini aparıb təkliflər hazırlayarkən müxtəlif qurumlarla görüşlər keçirib, onların rəylərini alıb. İki il aparılan monitorinqin nəticələrinə görə, mövcud Qanun yüksək səviyyədə hazırlanıb. Yalnız bir maddəyə dəyişiklik edilməsi təklif olunub. Bu da yetkinlik yaşına çatmayan şəxslərin valideynlərinin və ya hüquqi qəyyumlarının iştirakı olmadan tibbi müayinədən keçməyə qadağa qoyulması ilə bağlıdır. Ş.Seyidzadə bu qadağaya yaş həddinin 18-dən 16-ya endirilməsinin təklif olunduğunu bildirib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Hadı Rəcəbli təklif olunan dəyişikliyin işçi qrupda baxılıb müzakirə ediləcəyini diqqətə çatdırıb.