Sizin Reklam Burada!

BMT-nin qurumları Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

BMT-nin qurumları Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Oktyabrın 9-da səhiyyə naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın, o cümlədən səhiyyə sahəsində həyata keçirilən birgə layihə və təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Səhiyyə naziri Teymur Musayev BMT və onun ixtisaslaşdırılmış qurumları ilə Azərbaycan arasında səhiyyə sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Nazir əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, xəstəliklərin profilaktikası və səhiyyə sisteminin davamlılığının gücləndirilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
Teymur Musayev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə sağlamlığın və rifahın təmin edilməsinə yönəlmiş məqsədlərin həyata keçirilməsi istiqamətində Azərbaycanda görülən işlərdən bəhs edib, səhiyyə sahəsində rəqəmsal transformasiya, müasir yanaşmaların tətbiqi, tibbi xidmətlərin inkişafı və insan kapitalının gücləndirilməsi üzrə tədbirləri qeyd edib.
Öz növbəsində Dmitro Şlapaçenko BMT-nin Azərbaycanda səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə və mövcud tərəfdaşlığın daha da gücləndirilməsinə hazır olduğunu bildirib. O, Azərbaycan Səhiyyə Nazirliyi ilə BMT qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüş zamanı səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, BMT-nin müvafiq qurumları ilə birgə layihələrin həyata keçirilməsi, əhalinin sağlamlığının qorunmasına yönəlmiş təşəbbüslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş


Oktyabr2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova